Bərdədə kişi özünü su kanalına atan qızını xilas edərkən boğularaq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə dekabrın 2-də Nəzirli kəndində qeydə alınıb. 1981-ci il təvəllüdlü Sərəncam Kərimova özünü kəndin ərazisindən keçən su kanalına atıb. Onun atası 1957-ci il təvəllüdlü Yasin Kərimov qızını sudan çıxarmaq üçün özünü suya atıb və boğulub.
S.Kərimova sudan çıxarılıb.
Y.Kərimovun meyiti sudan çıxarılaraq təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az