Bərdədə iki avtomobil toqquşub

Bərdədə iki avtomobil toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Əyricə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobillə “Ford Fusion” markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü Eldəniz Məmmədov dünyasını dəyişib, daha iki nəfər yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir