Bərdədə 8 yaşlı uşağı maşın vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə Bərdə şəhərində, Sabir küçəsində baş verib. Nihad Əkbərovun idarə etdiyi “Honda” markalı minik maşını 2017-ci il təvəllüdlü R.Cəlilzadəni vurub.
Xəsarət alan azyaşlı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az