Bərdədə 42 yaşlı kişinin meyiti mal damında tapılıb

Bərdədə 42 yaşlı kişi evinin həyətindəki mal damında ölü vəziyyətdə tapılıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Mustafaağalı kəndində baş verib.

1981-ci il təvəllüdlü Yaşar Səfərovun meyiti evinin həyətindəki mal damında mələfə parçasından asılı vəziyyətdə aşkarlanıb.

Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir