Hörmüz boğazı bağlanmayıb.
Azinformasiya.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib.
“Hörmüz boğazı bağlı deyil və gediş-gəliş İran silahlı qüvvələrinin nəzarəti altında həyata keçirilir”, – İran XİN sözçüsü qeyd edib.
O, həmçinin nüvə danışıqlarına toxunaraq bildirib ki, İran ABŞ-a heç vaxt güvənməyib və danışıqlar etimadsızlıq şəraitində aparılıb.
“Yaranmış vəziyyətin məsuliyyəti tamamilə ABŞ-a aiddir”, – Bəqayi vurğulayıb.
Azinformasiya.az