AZAL-ın qəzaya uğrayan təyyarəsində yaralananlardan 11-nin vəziyyəti ağırdır

Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Manqistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli tibb personalına kömək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin iki reanimatoloq, 4 travmatoloq, 1 neyrocərrah və yanıq üzrə mütəxəssisdən ibarət mobil briqadası gətirilib.

Eyni zamanda səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti öz üzərinə götürərək, yaralılardan bir neçəsini şəxsən müayinə edib.

Həmçinin qeyd olunub ki, Manqistaunun Uşaq Xəstəxanasında müalicə alan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir