Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.
“AZİNFORMASİYA.AZ”ın əldə etdiyi məlumata görə, ilkin mərhələdə Şuşa və Ağdama reyslərə şərait yaradılacaq.
Nəzərdə tutulan marşrut xətləri Bakı – Şuşa – Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bakı – Ağdam – Bakı və Bərdə – Ağdam – Bərdədir.
Qeyd edilir ki, sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.