Azad edilən ərazilərə əhalinin dayanıqlı məskunlaşmasının təmini üçün görüləcək işlər açıqlanıb

Azad edilən ərazilərə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində görüləcək işlər açıqlanıb.

Azinformasiya.Az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində aşağıdakı işlər görüləcək:

1.Müəyyən edilmiş fəaliyyət planlarına uyğun olaraq, yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi;

2.Ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması;

3.Yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi;

4.İşğaldan azad edilmiş ərazilərin etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası;

5.Bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması;

6.Yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması;

7.Qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, onların əlçatanlığının təmin edilməsi;

8.İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması;

9.İnsan kapitalının inkişaf etdirilməsi;

10.Ərazilərdə sosial dəstək mexanizmlərinin geniş tətbiqi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir