Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Azinformasiya.Az xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə vəsatət təmin edilib və Lüdviq Mkrtçyan barədə həbs qətimkan tədbiri seçilib.
Ermənistan tərəfində əsir olan azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib.