Azərbaycanla Rusiya arasında növbəti məsləhətləşmələr keçirilib

28-29 mart tarixlərində Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev arasında baş tutub.

Daha sonra P. Knyazevi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul edib.

Danışıqlarda qarşılıqlı ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir