Azərbaycanın xarici işlər naziri İsraildə törədilən terror aktını qınayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə başsağlığı verib.

Azinformasiya.Az-ın xəbərinə görə, nazir başsağlığını aprelin 8-də Bakıda İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşdə çatıdırıb.

C.Bayramov dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığı verib, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir