Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Kiyevin meri Vitali Kliçko ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat “Twitter” hesabında yazıb.
“Bu gün Kiyevin meri Vitali Kliçko ilə görüşməyə şad oldum. Azərbaycan və Kiyev arasında əməkdaşlığın, həmçinin qardaş şəhərlər Bakı və Kiyev arasında tərəfdaşlığın gücləndirilməsi üzrə məhsuldar fikir mübadiləsi apardıq. Mənə göstərilən səmimi qonaqpərvərliyə görə mer Kliçkoya minnətdaram”, diplomat vurğulayıb.
Azinformasiya.az