Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov Türkiyədən alınan mexaniki mina təmizləmə texnikasının üstünlüklərini açıqlayıb.
Azinformasiya.Az-ın xəbərinə görə, o, Türkiyədən alınan mexaniki mina təmizləmə texnikasının tətbiqi nəticəsində ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı vaxt sərfiyyatında qısalma olacaq.
“Bu texnikalar zirehlidir və 500 metrədək məsafədən idarə olunur. İnsansızdır. Ona görə mina sahəsində hər hansı partlayışlar baş verərsə şəxsi heyətin xəsarət almasının qarşısı alınacaq”, – o vurğulayıb.