“İlham Əliyevin müdrik rəhbərliyi ilə Qarabağdakı işğala 44 gün kimi qısa bir zamanda son qoyuldu”.
Azinformasiya.Az xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə görüşündə çıxışı zamanı deyib.
Ərdoğanın sözlərinə görə, Azərbaycanın qələbəsi bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.
“Azərbaycanın öz ərazi bütövlüyünü yenidən bərpa etməsi Türk dünyasının birliyini möhkəmləndirib. Qarabağ zəfəri bölgəmizdə həsrətini çəkdiyimiz dayanıqlı sülhə aparan yolun da önünü açıb”, – deyə Ərdoğan əlavə edib.