“Azərbaycanın Naxçıvana yolu olmalıdır” – Erməni deputat

“Yaxın vaxtlarda Moskvada rəsmi görüş nəzərdə tutulmayıb”.

Azinformasiya.Az “aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş müqaviləsi” partiyasından olan millət vəkili Qaqik Melkonyan deyib.

“Ümumilikdə, görüşlərə gəldikdə onlar keçirilməlidir. Çünki bizim delimitasiya və demarkasiya ilə bağlı suallarımız var”, – deyə Melkonyan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisindən Naxçıvana yola nail olacaq.

“Biz onlara dəmir yolu və yaxud avtomobil yolu veririk. Onların Azərbaycan – Naxçıvan yolu olmalıdır”, – deyə erməni millət vəkili əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir