Azərbaycanın “Hirkan meşələri” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.

Məlumatda “Hirkan meşələri”nin Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilən ilk təbii ərazisi olduğu qeyd olunub.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir