Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə başlayıb

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başlayıb.

 

Azinformasiya.az xəbər verir ki, Tbilisi şəhərinin Vaxtanq Qorqasali küçəsi 4 ünvanında yerləşən 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı seçki məntəqəsinin qapıları Bakı vaxtı ilə 08:00-da açılıb.

Seçkinin gedişatı ilə bağlı məlumatlar gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.

Qeyd edək ki, 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı ümumvətəndaş pasportu və ya etibarlı şəxsiyyət vəsiqəsini təqdim edərək səsvermədə iştirak edə bilərlər.

Azərbaycanın Gürcüstandakı səfirliyində səsvermə Bakı vaxtı ilə 19:00-da başa çatacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir