Azərbaycanın təhvil verdiyi Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, mayor Narek Yeremyan İrəvanda həbs edilib.
Azinformasiya.Az “News.am”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Karmen Poqosyan məlumat verib.
Vəkil bildirib ki, N.Yeremyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vurğulanıb ki, bir müddət əvvəl məhkəmə tabor komandirinin müavini olmuş N.Yeremyanın həbsi ilə bağlı vəsatətindən imtina, prokuror isə öz növbəsində məsələyə dair apellyasiya protesti verib.
Məlumata görə, mayor xidməti qaydaları pozmaqda ittiham olunur.
O, barəsində irəli sürülən ittihamları etiraf edib.