Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib.
Azinformasiya.Az-ın məlumatına görə, bu barədə səfir tviter səhifəsində yazıb.
“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”, – o vurğulayıb.