Azərbaycandan sonra Ermənistana getdi

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanda səfərdədir.

Azinformasiya.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Overçuku İrəvanda hava limanında erməni həmkarı Mqer Qriqoryan qarşılayıb.

Overçuk İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Görüş zamanı Qarabağa dair üçtərəfli işçi qrupunun fəalliyyətinə dair məsələlər müzakirə olunacaq.

Overçuk bu gün axşam Ermənistana səfərini başa vuracaq.

Qeyd edək ki, Overçuk bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir