Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstandakı idarəsi 1-18 fevral tarixlərində Azərbaycandan bu ölkəyə ixrac olunan 50,4 ton pomidoru geri qaytarıb.
Azinformasiya.Az bu barədə quruma istinadən xəbər verir.
“Rosselxoznadzor”un mütəxəssisləri qadağanı pomidorlarda Cənubi Amerika güvəsinin aşkar edilməsi ilə izah ediblər.