Gürcüstan epidemioloji risklər nəzərə alınmaqla quru sərhədlərlə bağlı mövcud rejimi qüvvədə saxlayacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib.
Baş nazir Giorgi Qaxariyanın tapşırığına əsasən, quru sərhədlərdən Gürcüstana daxilolma rejiminin dəyişdirilməsi üzrə işlər aparılır. Bunun üçün paralel olaraq epidemioloji tendensiyaların monitorinqi həyata keçirilir və vəziyyətin ətraflı təhlilindən sonra müvafiq qərarlar qəbul olunacaq.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında sərbəst gediş-gəliş pandemiya səbəbindən ötən il martın 14-dən dayandırılıb.