Azərbaycandakı siyasi partiya sədrləri işğaldan azad edilmiş ərazilərə səfər edəcək

Azərbaycandakı siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil ediləcək.

Bu barədə Azinformasiya.Az-a Ağ Partiya sədri Tural Abbaslı məlumat verib.

O bildirib ki, səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir:

“Səfərin ayın 17-də təşkil edilməsi gözlənilir. Marşrut xətti ilə bağlı isə bizə hələ məlumat verilməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir