Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azinformasiya.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 68 594 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 16 702 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 665, ötən müddət ərzində isə ümumilikdə 1 467 842 test aparılıb.