Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb – EKSKLÜZİV

Daxili işlər orqanlarında çalışan şəxslərin COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.

Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, ötən gündən başlayaraq polis əməkdaşlarına koronavirus əleyhinə peyvənd vurulur.

İlkin olaraq vətəndaşlarla daha çox təmas halında olan xidmət sahələrində çalışan polislər, Çevik Polis Alayının (ÇPA) əməkdaşları vaksinasiya olunur.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir