Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yaşayış binaları. Layihələndirmə normaları”nı təsdiq edib.
Azinformasiya.Az xəbər verir ki, həmin sənədə əsasən bir, iki və çoxotaqlı mənzillərə dair yeni tələblər müəyyənləşib.
Belə ki, mənzillərdə yaşayış otaqları və yardımçı sahələr: mətbəx (və ya taxça-mətbəx), holl, vanna otağı (və ya duş) və tualet (və ya birləşdirilmiş sanitar qovşağı), yığnaq otağı (və ya divar təsərrüfat şkafı) nəzərdə tutulmalıdır:
– birotaqlı mənzildə ümumi otaq – 15 m²-dən; -birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən; – iki və daha çox otaqlı mənzillərdə ümumi otaq – 16 m²-dən; – yataq otağı – 8 m² (iki adama – 10 m²-dən); – mətbəx – 8 m²-dən; – mətbəx-yemək otağında mətbəx zonası – 6 m²-dən.
Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol veriləcək. Mansarda mərtəbəsində (və ya maili xarici divarı olan mərtəbədə) yataq otağı və mətbəxin sahəsinin 7 m² -dən az olmamaqla qəbul edilməsinə yol verilir, bu halda ümumi yaşayış otağının sahəsi 16 m²-dən az olmamalıdır. Yaşayış otaqlarının və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır. Mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.