Azərbaycanda son sutkada koronavirus infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 678 nəfər müalicə olunaraq sağalıb, 3 163 nəfər vəfat edib. Hazırda 2 521 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 960, bu günə qədər isə ümumilikdə 2 463 610 test icra olunub.