Bu gündən Azərbaycanda media işçilərinin koronavirusa (COVID-19) qarşı vaksinasiyasına başlanılıb.
“Report”un əməkdaşı xəbər verir ki, media işçiləri Mətbuat Şurasının binasında peyvənd olunur.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVAC” vaksini vurulur.