Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov “Report”un yerli bürosuna bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir