Azərbaycanda daha 3 112 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3 112 yeni yoluxma faktı qeydə alınıb, 2 923 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azinformasiya.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 178 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 114 841 nəfər müalicə olunaraq sağalıb, 1 966 nəfər vəfat edib, aktiv xəstə sayı 62 179 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 045, bu günə qədər isə ümumilikdə 1 963 348 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir