“İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi ilbəil artırılır. Bununla bağlı geniş işlər görülməlidir”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, onkoloji xəstliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır:
“Hesab edirəm ki, bütün xəstəliklər bu zərfə daxil edilməlidir”.