“Azərbaycan Zəngəzur yaxınlığında öz nəzarətində olan ərazilərdə fəal şəkildə inşaat işləri həyata keçirir”.
Azinformasiya.Az xəbər verir ki, bunu “Şərəfim var” blokundan olan millət vəkili Tiqran Abramyan bu gün keçirilən brifinq zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin öz mövqelərini möhkəmləndirməsi yeni hərbi hissələrin yerləşdirilməsi və infrastrukturun inkişafı ilə əlaqədardır.