Azərbaycan Xarici İşlər Nazirliyi Uqandadakı terror aktını qınayıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə XİN-in “Tvitter” səhifəsində paylaşım yer alıb.
“Uqandada məktəbə terror hücumunu şiddətlə qınayırıq. Tələbələrin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik”.
Azinformasiya.az