Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Azinformasiya.Az xəbər verir ki, XİN-in tviter hesabında edilən paylaşımda deyilir:
“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.