Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin paytaxtında baş verən terror hadisəsini pisləyib.
Azinformasiya.az xəbər verir ki, XİN bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda bildirilib:
“Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik.
Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik”.
Azinformasiya.az