Azərbaycan XİN sözçüsü Peter Stanoya cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stanoya Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı paylaşımına görə cavab verib.

 

Azinformasiya.az  xəbər verir ki, Ayxan Hacızadə “X” platformasında bildirib ki, parlament seçkiləri tam olaraq Konstitusiyaya uyğun keçirilib.

“Seçkilər tam olaraq ölkənin Konstitusiyasına və milli qanunvericiliyə uyğun keçirilib”, – XİN sözçüsü qeyd edib.

Ayxan Hacızadə vurğulayıb ki, “belə qərəzli siyasi baxış ATƏT/DTİHB-nin seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir