Azərbaycan XİN rəhbəri isveçli həmkarı ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenerqard ilə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” paylaşımında bildirib.

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

Məlumata əsasən, nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

Qeyd edilib ki, Ceyhun Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.

“Həmkarımı münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, o cümlədən Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddialar kimi qalan çağırışlar barədə məlumatlandırdım”, – Ceyhun Bayramov paylaşımında qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir