Azərbaycan Xarici İşlər Nazirliyi Polşanı milli bayramı – Konstitusiya Günü münasibətilə təbrik edib.
Azinformasiya.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in “Twitter” səhifəsində paylaşım edilib.
“Polşa hökumətinə və xalqına ürəkdən təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Milli bayramınız mübarək!” – paylaşımda qeyd olunub.
Azinformasiya.az