Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistandakı dəmiryolu stansiyasında törədilən terror hadisəsi ilə bağlı başsağlığı verib.
Azinformasiya.az xəbər verir ki, nazirliyin başsağlığı mesajı “X” hesabında paylaşılıb:
“Bu gün Pakistandakı “Quetta” stansiyasında baş verən qorxunc terror aktını qətiyyətlə qınayırıq. Bu dəhşətli hücumda həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzulayırıq”.
Azinformasiya.az