Azərbaycan XİN Kaliforniyada meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniyada baş verən meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökumətinə və xalqına başsağlığı verib.

 

Azinformasiya.az  xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.

“ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – paylaşımda deyilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir