Azərbaycan XİN: Ermənistanla sonuncu razılaşma üçüncü tərəfin iştirakı olmadan əldə edilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş naziri aparatının birgə bəyanatı etimad quruculuğu istiqamətində iki ölkə arasında əldə olunmuş çox ciddi nailiyyətdir.

 

Azinformasiya.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

XİN rəhbəri hesab edib ki, ötən həftə Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Respublikası Baş naziri aparatının yaydığı birgə bəyanat etimad quruculuğu istiqamətində iki ölkə arasında əldə olunmuş çox ciddi nailiyyətdir.

“Bunun bir müsbət mənası ondan ibarətdir ki, burada tərəflər nəticə əldə etdilər, həm əsirlərin dəyişdirilməsi, eyni zamanda beynəlxalq təşkilatlar daxilində bir-birinin namizədliyinə veto-qoymamaq və onlara normal, işgüzar münasibətlər sərgiləməkdirsə, bunun ciddi nəticəsi ondan ibarətdir ki, iki dövlət bunu birbaşa təmaslar nəticəsində əldə etdilər və hər hansı üçüncü ölkənin müdaxiləsi olmadan əldə olundu. Bununla da Azərbaycan bir müddət bundan öncə etdiyi çağırışlar və verdiyi təkliflərlə özünün həqiqi olduğunu bir daha sübuta yetirdi”, – Ceyhun Bayramov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir