Azərbaycan XİN: Ermənistan sülh prosesində maraqlı olmadığını göstərir

Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, habelə liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bu gün Ermənistanın törətdiyi hərbi təxribatlar barədə məlumatında deyilir.

“Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”, – qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir