Azərbaycan Xarici İşlər Nazirliyi Braziliyaya başsağlığı verib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan XİN X sosial şəbəkəsində paylaşım edib.
“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar və dağıntılar nəticəsində insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, – deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Braziliyanın Riu-Qrandi-du-Sul əyalətində daşqınlar nəticəsində 70-dən çox insan həyatını itirib.
Azinformasiya.az