Azərbaycan XİN: Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir

Azərbaycanlılar Ermənistanın basdırdığı minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Tvitter hesabında paylaşım edilib.

Qeyd olunub ki, bu gün bir hərbi qulluqçu minanın partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir