Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin Zəfər Bayramı münasibətilə paylaşım edib.
Azinformasiya.az xəbər verir ki, nazirliyin rəsmi “X” hesabında edilən paylaşımda qardaş Türkiyəyə yeni zəfərlər arzu edilib.
“Qardaş Türkiyənin İstiqlal müharibəsinin həlledici qələbəsini, türk xalqının qətiyyəti və iradəsini simvolizə edən 30 avqust – Zəfər bayramı münasibətilə Türkiyə dövləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni zəfərlər arzu edirik”, – paylaşımda qeyd olunub.
Azinformasiya.az