Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Azinformasiya.Az xəbər verir ki, bunu M.Çavuşoğlu deyib.
“Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramov zəng etmişdi. Türkiyəyə gəlmək istədiyini dedi”, – nazir söyləyib.
O həmçinin bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şərif də Türkiyəyə səfər etmək istəyib.