Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammiti çərçivəsində baş tutub.
Qeyd edilib ki, görüş zamanı Türkiyənin xarici işlər naziri Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə, eyni zamanda iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, o cümlədən Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.
Azinformasiya.az