Azərbaycan və Slovakiya ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalayıb

Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı saziş imzalanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Slovakiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlirlərə görə vergidən yayınmanın qarşısının alınması haqqında Saziş imzalanıb.

“Bu, ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək”, – Azərbaycan XİN-dən bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir