Azərbaycan və Səudiyyə Ərəbistanı şirkətləri enerji müqaviləsi imzalayıb

Bu gün Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında müqavilə imzalanıb.

Azinformasiya.Az xəbər verir ki, onlayn həyata keçirilən imzalanma mərasimində sənədləri nazir Pərviz Şahbazov, “Azərenerji”nin prezidenti Baba Rzayev və “ACWA Power” şirkətinin rəhbəri Mohammad Abunayyan imzalayıb.

Müqavilə özündə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsini əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir