Azərbaycan və NATO-nun hərbi təhsil üzrə nümayəndələrinin görüşü keçirilib

NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” (DEEP) çərçivəsində DEEP-in distant təhsil üzrə mütəxəssisləri ilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndələri arasında ilkin qiymətləndirmə görüşü keçirilib.

 

Azinformasiya.az  Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və NATO arasında hərbi təhsil sisteminin və DEEP üzrə əməkdaşlığın cari vəziyyəti təhlil edilib, inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkəmizin NATO ilə əməkdaşlığı çərçivəsində təşkil olunan belə görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib və növbəti il üçün qarşılıqlı fəaliyyət planının istiqamətləri müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində qonaqlar MMU-nun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində seminarlar keçirib, NATO sistemində distant təhsilin təşkili ilə bağlı brifinqlər təqdim ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir